Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Avropa İttifaqı Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.
“Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Ona görə də indi sülh barədə düşünmək vaxtıdır. Biz buna hazırıq”, - deyə dövlət başçısı bu gün Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə birgə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Mişellə planları, təşəbbüsləri və yeni yaranmış vəziyyətə yanaşmaları müzakirə edib.
“Düşünürəm ki, nisbətən qısa zamanda xoş məram və çox praqmatik yanaşma nümayiş etdirməklə, biz hələ də masa üzərində qalan məsələlərin əksəriyyətini həll edə və bölgədə geniş regional əməkdaşlığın təməlini qoya bilərik. Avropa İttifaqı bu baxımdan çox mühüm rol oynayır və əminəm ki, oynayacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident hesab edir ki, Mişelin Cənubi Qafqaz ölkələrinə səfəri Bakı və Brüsselin gündəliyinin üst-üstə düşdüyünü nümayiş etdirir. “Bu məsələdə bizim fikirlərimiz üst-üstə düşür”, - deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov