Avropa İttifaqı lazım olarsa, dövlət sərhədinin delimitasiyası məsələsində Azərbaycana və Ermənistana yardım göstərməyə hazırdır. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında bildirib.
“Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu mövzu da müzakirə edilməlidir”, - deyə o qeyd edib.
Mişel əlavə edib ki, Aİ mina xəritələri və saxlanılan şəxslərlə bağlı problemin tezliklə həll olunacağına ümid edir.*
A.Əzizov