Aralarında fəallar, jurnalistlər, biznes nümayəndələri və siyasətçilərin olduğu təxminən 50 min nəfərin smartfonu İsrailin NSO Group şirkətinin istehsalı olan casus proqram təminatından zərər görə bilərdi. Bu barədə Böyük Britaniyanın The Guardian, Fransanın Le Monde и Amerikanın The Washington Post nəşrlərinin keçirdiyi jurnalist araşdırmasının nəticələri xəbər verir.
Araşdırma zamanı müəyyən olunub ki, telefonlardan müxtəlif informasiya əldə etmək mümkün olduğu Pegasus proqram təminatını 2016-cı ildən etibarən NSO Group şirkəti istintaq agentlikləri, hüquq-mühafizə xidmətləri və hərbçilərə təqdim edib. Material müəlliflərinin məlumatına görə, bu PT, xüsusilə Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, Qazaxıstan, Mərakeş, Meksika, BƏƏ, Ruanda və Səudiyyə Ərəbistanında insanların telefonlarından məumatların ələ keçirilməsi üçün istifadə oluna bilərdi.
Eyni zamanda, NSO Group şirkətinin nümayəndələri araşdırmanın məlumatlarını təkzib ediblər . “Biz həmin məlumatda əks olunan yalan məlumatları rədd edirik”, - şirkətin nümayəndələri məlumat veriblər.
“Qeyd edirik ki, NSO Group texnologiyaları yalnız hüquq-mühafuizə və etibarlı hökumətlərin istintaq xidmətlərinə yeganə məqsədlə - insan həyatını xilas etmək üçün cinayətlər və terror aktlarının qarşısını almaq naminə satır”, - onlar bildiriblər. **