İyulun 20-də Azərbaycan prezidenti İlham Əliyev Moskva şəhərinə səfərə gələcək. Bu barədə RF prezidentinin mətbuat katbi Dmitri Peskov məlumat verib.
“Belə işçi səfəri hazırlanır”, - Peskov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Əliyevin səfərinin yekunlarına dair sənədlərin imzalanması planlaşdırılmır.
“Bu, işçi səfəridir. Fikir mübadiləsi”, - Peskov bildirib. **