Çərşənbə axşamı, iyulun 20-də RF prezidenti Vladimir Putinin Rusiyaya işgüzar səfər edəcək Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları baş tutacaq.
“Ticarət-investisiya və humanitar əməkdaşlığa yönələn Rusiya-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin gələcəkdə möhkəmləndirilməsi ilə bağlı əsas məsələlərin nəzərdən keçirilməsi nəzərdə tutulur”, - Kremlin mətbuat xidməti məlumat verir.
Qeyd olunur ki, aktual regional problemlərə dair fikir mübadiləsi planlaşdırılır.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli Dağlıq Qarabağa dair razılıqlarının reallaşdırılması, həmçinin iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafına dair praktiki aspektlərin həllinə xüsusi diqqət ayrılacaq”, - məlumatda qeyd olunur. **