Azərbaycanda koronavirus infeksiyasına 148 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 338,586 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 255 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4 994 nəfərə çatıb.
Virusa yoluxmuş 331,350 min nəfər (sutka ərzində +56) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 242 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 22 (ötən gün 9319 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 920,841 min test aparılıb.**
A.Salayeva