Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Naxçıvan istiqamətində mövqelərini atəşə tutub.
“İyulun 19-u saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Nazirlikdən bildiriblər ki, düşmən cavab atəşi ilə susdurulub.
“Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - məlumatda vurğulanır. **
R.Əhmədov