Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvanın Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Cavab atəşi ilə qarşı tərəf susdurulub.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.*
X.Nəsirzadə