Bakı qətiyyətlə münaqişədən sonrakı dövrün sakit keçməsi əzmindədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim”, - deyə Əliyev bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.
O, Rusiya prezidenti ilə daim təmasda olduğunu vurğulayıb.
“Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb və dəvətə görə Putinə minnətdarlığını bildirib.*