Rusiyanın Azərbaycanla Ermənistan arasında dialoqun təşkili üzrə fəaliyyəti uğurla aparılır, lakin Moskva Avropa ölkələrinin Qafqazda sülh həllinə imkan yaradan hazırlığını alqışlayır. Bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Əgər vasitəçilik səyləri sülh, sabitlik, proqnozlaşdırılmaya gətirirsə və mövcud razılıqların implementasiyasına yadım edirsə, o zaman onları alqışlamaq olar. Lakin, ümumilikdə bu istiqamətdə iş pis getmir”, - Peskov Aİ ölkələrinin Rusiya-Ermənistan-Azərbaycan danışıqlar formatına daxil olmaq arzusu və Rusiyanın mövqeyinə dair suala cavabında çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, RF prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan prezidentləri ilə daimi təmasdadır və Moskva öncə əldə olunan üçtərəfli razılıqların icrasına yönəlib.
Avropa İttifaqının sədri Şarl Mişel iyulun 18-də Azərbaycan prezidenti İlham Əliyevlə danışıqların yekunlarına dair Aİ-nin Azərbaycanla Ermənistan arasında münaqişənin həllinə şərait yaratmağa hazır olduğunu bəyan edib.
Öncə Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Paris bu istiqamətdə işləməyə hazırdır. **
Председатель