Emənistanın sabiq prezidenti, “Ermənistan” blokunun rəhbəri Robert Koçaryan hesab edir ki, ölkənin indiki hakimiyyəti “planlaşdırılmış məğlubiyyət” texnologiyası vasitəsilə Azərbaycanla sülh haqqında müqavilə imzalamağa hazırlaşır.
“Sərhədlərimizdə bu gün baş verənlər – böyük mənzərənin yalnız kiçik hissəsidir. Yerasxda (Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədi - İF) hadisələrdən sonra biz Qara göl (Sünik vilayəti - İF) və çoxsaylı Azərbaycan hərbçilərinin Ermənistanda olduqlarını unutmuşuq. Bu, müharibə zamanı və postmünaqişə dövründə Ermənistanla baş verənlərin məntiqi davamıdır. Biz zəif, layiqli cavab vermək iqtidarında və arzusunda olmadığımızı nümayiş etdirdik. Azərbaycan isə öz gündəliyini irəli sürür”, - Koçaryan bir sıra Ermənistan telekanallarına müsahibəsində bildirib.
Onun sözlərinə görə, vəziyyət aşağıdakı kimidir – sərhəddə çoxsaylı təxribatlardan sonra elə vəziyyət yaradılır ki, yeni müharibə təhlükəsi xalq üçün aydın olur və xalq yeni güzəştlərlə, yeni sənədin imzalanmasını asanlıqla qəbul edir.
“Yəni, elə vəziyyət yaradılır ki, sənədin imzalanması satqınlıq kimi deyil, xilas olaraq qəbul ediləcək. Biz bunu artıq görmüşük. Bu, planlaşdırılmış məğlubiyyət texnologiyasıdır. Məndə elə təəsürat var ki, biz indi məhz belə prosesdəyik”, - Koçaryan deyib.
Sabiq prezident hesab edir ki, yəgin ki, Azərbaycanla sülh haqqında müqavilə hazırlanır, hansı ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmadan imzalana bilməz.
“Bu, Dağlıq Qarabağın gələcəyi üzərinə xətt çəkmək deməkdir”, - Koçaryan qeyd edib. **