Azərbaycanda koronavirus infeksiyasına 225 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 339,062 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 251 yoluxma faktı qeydə alınmışdı.
Ötən sutka ərzində COVID-19-dan 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4 998 nəfər təşkil edir.
Virusa yoluxmuş 331,537 min nəfər (sutka ərzində +108) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 527 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 593 (ötən gün 8479 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 935,913 min test aparılıb.**
X.Nəsirzadə