Cənubi Koreyanın “Farmconnect” şirkəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu ilə “smart farming” texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığa dair saziş imzalayıb.
“Sazişin şərtlərinə görə, Koreya tərəfi məlumatların təhlili və süni intellekt vasitəsilə məhsuldarlığın artırılması sahəsində Koreya texnologiyaları və təcrübəsi ilə bölüşəcək”, - deyə Azərbaycanın Cənubi Koreyadakı səfirliyinin Twitter hesabında bildirilib.*
E.Şəfiyev