Oktyabrda Bakıda 1-ci Azərbaycan Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (Rebuild Karabakh) keçiriləcək.
“Sərgi 20-22 oktyabr 2021-ci il tarixlərində Baku Expo Center-də keçiriləcək”, - deyə tədbirin təşkilatçısı olan “Caspian Events Organisers” (CEO) şirkətindən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Sərgi 14 bölmədən ibarət olacaq: banklar və investisiyalar; təhlükəsizlik; mədən sənayesi; səhiyyə; informasiya texnologiyaları: təhsil; qida sənayesi; kənd təsərrüfatı; inşaat; yolların tikintisi və infrastrukturu; nəqliyyat; turizm və mədəni irs; energetika; ekologiya.*
N.Abbasova