2021-ci ilin I yarısında “Expressbank” aktivlərini 4,7% - 328,105 milyon manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2021-ci il iyunun 30-na bankın kredit portfeli ehtiyatlar çıxıldıqdan sonra 215,663 milyon manata (artım 10,9%), istehlak kreditləri 124,433 milyon manata (artım 9,3%), biznes kreditləri 72,011 milyon manata (artım 10%) bərabərdir.
Hesabat dövrünün sonuna “Expressbank”ın öhdəlikləri 201,312 milyon manat (artım 4,6%) təşkil edir. İyul ayının əvvəlinə bankın depozit portfeli 128,134 milyon manat (artım 8%), əhalinin əmanətləri 103,502 milyon manat (artım 10,7%) məbləğində olub.
İyun ayının sonuna bankın kapitalı 126,794 milyon manat (artım 4,7%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 5,627 milyon manat (2020-ci ilin analoji dövrü ilə müqayisədə azalma 15,3% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.*
X.Nəsirzadə