Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirak edib.
Dövlət başçısının rəsmi saytında dərc olunmuş məlumata görə, köhnə avtovağzal binası sökülərək yerində 2014-cü ilin may ayında Naftalan Mərkəzi Sanatoriyasının inşasına başlanıb. Sanatoriya kompleksində tikinti işləri 2021-ci ilin yanvar ayında başa çatdırılıb.
Bundan başqa, Prezident İlham Əliyev Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.*
X.Nəsirzadə