Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat yayıb.
“Tərəflər regiondakı vəziyyəti, o cümlədən bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məsələlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.*