Azərbaycanda koronavirus infeksiyasına 212 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 339,274 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 225 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 4999 nəfərə çatıb.
Virusa yoluxmuş 331,629 min nəfər (sutka ərzində +92) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 646 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655 (ötən gün 6593 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 943,568 min test aparılıb.*
X.Nəsirzadə