Saratov vilayətinin iş adamları avqust ayında biznes missiya ilə Azərbaycana səfər edəcəklər.Bu barədə Rusiya mətbuatı məlumat verir.
Regionun iqtisadi inkişaf naziri Andrey Razborov RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapovla videokonfrans vasitəsilə görüş keçirib.
“Azərbaycan regionun əsas tərəfdaşlarından biridir və 2020-ci ilin yekunları üzrə ixrac həcminə görə 4-cü və xarici ticarət dövriyyəsinə görə 7-ci yerdədir. Regionumuzun Azərbaycanla xarici ticarət həcmi (2020-ci ilin yekunları üzrə - İF) 16,6% artaraq $105 milyon təşkil edib. Eyni zamanda, ixrac həcmi 16,8% artaraq $103 milyon, idxal həcmi 3,6% artaraq - $1,4 milyon təşkil edib”, - Razborov məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycan bazarında daha çox buğda və meslin, qara metallar, yağ-piy məhsulları, yuycu və təmizləyici vasitələrə tələbat var.
“Biz əmtəə mübadiləsinin gələcəkdə genişlənməsi və Azərbaycanla onun həcminin artırılmasında maraqlıyıq. Avqustda İxraca Dəstək Mərkəzi regionun İqtisadi İnkişaf Nazirliyinin yardımı ilə Saratov vilayətinin müəssisələrinin Azərbaycana biznes missiyasını planlaşdırır. Ticarət nümayəndəliyin dəstəyi ilə yeni tərəfdaşlar tapmaq və yeni müqavilələr imzalamaq bizim üçün çox vacibdir”, - o vurğulayıb.
Öz növbəsində, Mirsayapov qeyd edib ki, Saratov vilayəti Azərbaycanın çox fəal tərəfdaşıdır.
Görüşün yekunlarına dair iştirakçılar Azərbaycan istiqamətində vilayətin ixrac potensialının artırılması üzrə effektiv qarşılıqlı əlaqələrin inkişafına hazıq olduqlaını bəyan ediblər. **
N.Abbasova