Azərbaycan prezidenti İlham Əliyev Henan vilayətində güclü daşqın nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılarla əlaqədar Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib.
“Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığı məktubunda deyilir. **
N.Abbasova