Azərbayan prezidenti İlham Əliyev Nazirlər Kabinetinə 2021-ci ildə təyin olunacaq ticarət nümayəndələri aparatlarının fəaliyyətinin təminatı ilə bağlı İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan müvafiq məbləğdə əlavə vəsaitin ayrılmasını təmin etməyi tapşırıb.
Prezidentin müvafiq fərmanı dövlət başçısının saytıda dərc olunub.
Bundan başqa, Nazirlər Kabineti “Dövlət qulluğu haqqında”, “Diplomatik xidmət haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarında və Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi ilə bağlı qanun layihələrini bir ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etməlidir.
Fərmana əsasən, ticarət nümayəndəsi Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələrdə müvafiq səfirlik və ya konsulluqda təyin olunur və öz funksiyalarını təyin olunduğu səfirlik və ya konsulluğun tərkibində həyata keçirir, Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olmadığı ölkələrdə isə ayrıca fəaliyyət göstərir. **
A.Əzizov