30 iyun 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 33 milyard 69,9 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-iyun aylarında bankların aktivləri 3,1% artıb.
İyunun sonuna bankların kredit portfeli 14 milyard 856,9 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,9% - İF) təşkil edir.
İyunun 30-na Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 849,8 milyon manat (artım 3,2% - İF) təşkil edir.
Bankların öhdəlikləri 28 milyard 220,1 milyon manata (artım 3,1%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 371,1 milyon manat məbləğində (azalma 0,9%) qiymətləndirilir. Banklarda depozit portfeli 22 milyard 125 milyon manat (artım 6,8%), əhalinin əmanətləri 8 milyard 270,7 milyon manat (artım 2,8%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-iyun aylarında Azərbaycanda bankların ümumi xalis mənfəəti 366,3 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 1,5% azdır.
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 8,6 milyon manat (artım 5,6%), o cümlədən verilmiş kreditlər üzrə 805,7 milyon manat (artım 6,2%) təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 418,9 milyon manat (artım 31,17%) məbləğində olub.
Bu dövrdə bankların faiz xərcləri 262,6 milyon manat (artım 8,9%), o cümlədən depozitlər üzrə 172,9 milyon manat (artım 12%), qeyri-faiz xərcləri 647,2 milyon manat (artım 13,4%) təşkil edib.
Birinci yarımilliyin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 502,4 milyon manat (artım 16,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 429,1 milyon manat (azalma 5,2%) məbləğində qiymətləndirilir, hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 62,8 milyon manat (azalma 22,4%) təşkil edib.
30 iyun 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Oktyabrın sonuna bankların 465 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,2%) və 101 şöbəsi (azalma 7,3%) var.
Azərbaycanın bank sektorunda 18,993 min nəfər (2020-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,5% - İF) çalışır.**
A.Əzizov