Azərbaycan prezidenti İlham Əliyev Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılır.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Sərəncamın mətni cümə günü dövlət başçısının saytında dərc olunub. **
R.Əhmədov