Azərbaycan prezidenti İlham Əliyev cümə günü Tahir Tağızadənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Bundan başqa, prezident Vilayət Quliyevin Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
Tahir Tağızadə Azərbaycan Respublikasının Macarıstan Respublikasında yeni fövqəladə və səlahiyyətli səfiritəyin edilib. Tağızadənin təyinatı haqqında sərəncam cümə günü dövlət başçısının saytında dərc olunub. **
R.Əhmədov