2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda banklar biznes kreditləri və ipoteka kreditləşməsini və istehlak kreditləri üzrə portfeli artırıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il iyunun 30-na bankların kredit portfeli 14 milyard 856,9 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,9% - İF) həcmində qiymətləndirilir.
6 ay ərzində banklar biznes kreditləri üzrə portefli 3% - 8 milyard 729,4 milyon manatadək və ya bankların bütün kredit portfelinin 58,8%-i səviyyəsində artırıb.
Hesabat dövründə banklar istehlak kreditləşməsi üzrə portfeli 7,6% - 3 milyard 939,9 milyon manatadək artırıb, xüsusi çəki 26,5% təşkil edib.
2021-ci ilin birinci yarısı ərzində Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 8,4% - 2 milyard 187,6 milyon manatadək və ya bankların bütün kredit portfelinin 14,7%-dək artırıb.
2021-ci il iyunun 30-na Azərbaycanda 26 bank fəaliyyət lisenziyasına malik olub. **
X.Nəsirzadə