2021-ci ilin yanvar-iyun aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 3,1% - 8 milyard 435,4 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə əhalinin xarici valyutada əmanətləri 7,2% - 3 milyard 853,6 milyon manatadək və ya bütün əmanətlərin 45,7%-i səviyyəsində azalıb (2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib).
6 ay ərzində əhalinin milli valyutada əmanətlərinin həcmi 13,8% - 4 milyard 581,8 milyon manatadək (bütün əmanətlərin 54,3%-i) artıb.
30 iyun 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 140 milyon manat, qeyri-rezidentlərin – 295,4 milyon manat təşkil edir. Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 3,1%, qeyri-rezidentlərin əmanətlərinin həcmi 5,2% artıb.
İyunun 30-na banklarda əmanət və depozitlərin həcmi 24 milyard 156,6 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 2,1% çoxdur.**
X.Nəsirzadə