Cümə günü Bakıda “KAMAZ” yük avtomobillərinin yeni xəttinin təqdimnatı olub. Bu barədə Rusiya İxrac Mərkəzinin mətbuat xidməti məlumat verir.
Tədbir zamanı bir sıra məsələlər müzakirə olunub. Xüsusilə, “KAMAZ”ın avtotexniki servis xidmətinin coğrafiyasının genişləndrilməsi, həmçinin yeni K5 Model sırasının istehsalı üzrə yığöım müəssisəsinin yaradılması məqsədilə “Gəncə Avtomobil Zavodu” İB-nin istehsalat gücünün genişləndirilməsi və RİM Qrupunun cəlb edilməsi ilə onun bazasında “KAMAZ” texniki servis xidmətinin yaradılması məsələləri müzakirə edilib.
“KAMAZ” məhsullarının təqdimatının yekunlarına dair “KAMAZ” PSC-nin baş direktoru Sergey Koqoqin və “Gəncə Avtomobil Zavodu” İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev arasında “KAMAZ” yük avtomobillərinin və qoşqu texnikasının Azərbaycan istehlkakçılarına lizinqə verilməsi məqsədilə təklif etmək üçün birgə müəssisənin təşkilinə dair Memorandum imzalanıb.
Məlumata əsasən, müəssisənin yaradılması yerli istehsal olan yük texnikasının azərbaycanlı alıcılarına daha əlverişli şərtlərlə texnika əldə etmək imkanı yaradacaq. Öz növbəsində, “KAMAZ” isə Azərbaycan bazarında iştirakını genişləndirəcək. **
X.Nəsirzadə