Azərbaycanda koronavirus infeksiyasına 371 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 339,645 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 212 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 5 002 nəfərə çatıb.
Virusa yoluxmuş 331,782 min nəfər (sutka ərzində +153) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448 (ötən gün 7 655 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 954,016 min test aparılıb.**