Azərbaycan prezidenti İlham Əliyev cümə günü Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularınınali zabit heyəti vəzifələrinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Nazirliyin sasytında dərc olunan sərəncama əsasən, general-leytenant Nizam Osmanov – Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi təyin edilib.
General-mayor Ənvər Əfəndiyev – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı təyin olunub.
General-mayor Azər Əliyev – Hərbi Akademiya rəisinin tədris üzrə müavini vəzifəsindən azad edilərək, Əməliyyat Baş İdarəsinin rəisi, general-mayor Kənan Seyidov – Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini – qərargah rəisi vəzifəsindən azad edilərək, 5-ci Ordu Korpusunun komandiri təyin edilib. **
A.Əzizov