Azərbaycan prezidenti İlham Əliyev bir sıra ölkələrlə birgə hökumətlərarası komissiyaların tərkiblərini təsdiq edib.
Sərəncama əssaən, Azərbaycanın energetika naziri Yunanıstan, Vyetnam və Qazaxıstan ilə birgə hökumətlərarası komissiyanın həmsədri, mədəniyyət naziri – Kuba ilə hökumətlərarası komissiyanın həmsədri, fövqəladə hallar naziri – Qətər ilə komissiyanın həmsədri, xarici işlər naziri - Küveyt və Mərakeş ilə birgə komissiyanın həmsədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini - Koreya ilə birgə komissiyanın həmsədri təyin olunub.
Bundan başqa, Azərbaycan Respublikası baş nazirinin birinci müavini - Belarus, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tatarstan və RF-nin Dağıstan Respublikası ilə birgə hökumətlərarası komissiyaların həmsədri, iqtisadiyyat nazirinin müavini - Sankt-Peterburq Hökumətiilə hökumətlərarası komissiyanın həmsədri təyin olunub. **
E.Şəfiyev