Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə ordusunun hərbi qulluqçularının Suriyanın şimalında həlak olması ilə əlaqədar Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
“Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi”, - başsağlığında deyilir.
Xəbər verildiyi kimi, Suriyanın şimalında El-Bab şəhəri yaxınlığında türk hərbçilərin olduğu zirehli hərbi avtomobilə silahlı hücum nəticəsində Türkiyə Ordusunun iki hərbçisi şəhid olub, daha ikisi yaralanıb. **
A.Salayeva