Azərbaycanda koronavirus infeksiyasına 386 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 340,443 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 412 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 5 006 nəfərə çatıb.
Virusa yoluxmuş 332,056 min nəfər (sutka ərzində +149) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 381 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 684 (ötən gün 11381 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 975,081 min test aparılıb.**
A.Salayeva