İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
“Snayper tüfəngi və avtomatlardan atəş açılıb», - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub. **