Bazar günü Azərbaycan prezidenti İlham Əliyev Bakıda Serbiyanın xarici işlər naziri Nikola Selakoviçi qəbul edib.
“Tərəflər görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər. Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladılar”, - Azərbaycan prezidentinin saytında dərc olunan məlumatda deyilir.
Əliyev və Selakoviç Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyini vurğuladılar.
“İqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Prezident Əliyev dedi ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirildi”, - məlumatda vurğulanır. **
R.Əhmədov