Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhərinin avtomobil yolu infrastrukturunun yaxşılaşdırılmasına 1 milyon 38,453 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytında dərc olunmuş məlumata istinadən verdiyi xəbərə görə, Şamaxı RİH “MEQAPLUS” firması ilə Şamaxı şəhər küçələrinin asfaltlaşdırılması işlərinin satın alınması haqqında 573,979 min manat dəyərində müqavilə bağlayıb.
Bundan başqa, Şamaxı Rayon İcra Hakimiyyəti “EL-SEYM İNŞAAT” MMC ilə Şamaxı şəhər küçələrinin abadlaşdırılması işlərinin satın alınması haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 464,474 min manatdır.*
Ə.Şəfiyev