“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC 2020-ci ildə əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb.
Bankın illik hesabatına əsasən, 2020-ci ilin sonuna ABB-də 2615 nəfər (2019-cu ilin sonuna 2150 nəfər) çalışıb. Beləliklə, 2020-ci ildə ABB-nin işçilərinin say həddi 21,6% artıb.
2018-ci ilin sonuna olan məlumatlarla (1818 nəfər) müqayisədə ABB-nin işçilərinin sayı 43,8% artıb.
“Azərbaycan Beynəlxalq Bankı” ASC 1992-ci ildə yaradılıb və ölkənin ən iri bankıdır. Bankın kapitalında Maliyyə Nazirliyinin payı 95,59% təşkil edir. Bütövlükdə, kapitalda 99,66% pay dövlətə məxsusdur. ABB-nin nizamnamə kapitalı 1 milyard 224,478 milyon manatdır.*
A.Əzizov