1 iyul 2021-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,804 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulun 1-nə Bakıda 1,479 min ədəd (artım 3,5%), bölgələrdə 1,325 min ədəd (artım 3%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 60,15 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 5,3% çoxdur.
Bununla yanaşı, Bakıda 39,827 min ədəd (artım 5,8%), regionlarda 20,323 min ədəd (artım 4,3%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 58,433 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,1%-i quraşdırılıb.*
X.Nəsirzadə