“Azərişıq” ASC vahid məlumat bazasından əhali və qeyri-əhali istehlakçılar qrupu üzrə hesabatların hazırlanması üçün proqram təminatının satın alınmasına 140 min manata yaxın vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 138,06 min manatdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova