Azərbaycanda koronavirus infeksiyasına 272 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 340,715 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 386 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İyulun 26-na ölənlərin ümumi sayı 5009 nəfərə çatıb.
Virusa yoluxmuş 332,136 min nəfər (sutka ərzində +80) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3570 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5616 (ötən gün 9684 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 980,697 min test aparılıb.*
N.Abbasova