Müdafiə Nazirliyi Azərbaycan və Ermənistan hərbçiləri arasında atışmaların baş verməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatları təkzib edib.
“Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Qeyd olunur ki, əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb.*
N.Abbasova