2021-ci ilin birinci yarısında Azərbaycanda baş verən yanğınlar nəticəsində 23 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
2020-ci ilin birinci yarısında da yanğınlar nəticəsində 23 nəfər həlak olub.
FHN-dən məlumat verilir ki, çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 21 nəfər həlak olub (ötən il 18 nəfər həlak olub). Bundan başqa, digər yanğınlar zamanı 2 nəfər həlak olub.
Bu dövrdə baş vermiş yanğın hadisələri zamanı 81 nəfər (artım 32,8%) xəsarət alıb.
Hesabat dövründə Azərbaycanda 1180 min yanğın hadisəsi (artım 5,3%) qeydə alınıb.**
X.Nəsirzadə