2021-ci ilin birinci yarısında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 6,66 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 19% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 31 nəfər (bir il öncə - 28 nəfər) həlak olub, daha 129 nəfər (bir il öncə - 106 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 31 nəfər xilas edilib, 296 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 43 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olmayıb, 47 nəfər xəsarət alıb, 15 nəfər təxliyə olunub.**
X.Nəsirzadə