Belqrad Serbiya iqtisadiyyatına Azərbaycan sərmayələrinə ümid edir. Bu barədə Serrbiyanın xarici işlər naziri Nikola Selakoviç bəyan edib.
O, Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş zamanı bu fikri irəli sürüb. Bu barədə “İnterfaks-Azərbaycan” Serbiya XİN-ə istinadən məlumat verir.
Cabbarov və Selakoviç iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər və bunun üçün ASK, tikinti, nəqliyyat, energetika və İT sahələrində potensialın olduğuna dair birgə fikrə gəliblər.
XİN başçısı vurğulayıb ki, Serbiya Azərbaycamla ticarətdə müsbət saldoya malikdir. Eyni zamanda, o, iki ölkənin iş adamları arasında qarşılıqlı ticarətin həcminin artırılması əlaqələrin vacibliyini qeyd edib.
“Viza rejiminin liberallaşdırılması və Belqrad-Bakı birbaşa reysin açılması iqtisadi əməkdaşlığın möhkəmlənməsinə çox imkan verərdi”, - Selakoviç bildirib.
O, həmçinin Serbiya şirkətlərinə Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etmək təklifinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, serbiyalı iş adamları bu təklifə maraq göstəriblər. **
E.Şəfiyev