SOCAR AQŞ Azərbaycanın servis şirkəti Ukraynanın yeraltı sərvətlərinə sərmayə yatırmaq imkanını nəzərdən keçirir. Bu barədə Ukrayna Dövlət Geologiya Yerin təki Xidmətinin rəhbəri Roman Opimax bazar ertəsi Kiyevdə işçi qrupunun görüşünün yekunlarına dair məlumat verib.
“SOCAR AQŞ şirkətinin nümayndələri elektrokar və elektronika üçün batareya istehsalı üçün xammal, həm də ölkəmizdə kaprbohidrohgen mədənlərinin mühüm potensialı olduğuna görə Ukraynanın yeraltı sərvətlərinə sərmayə yatırmaqda maraqlıdırlar”, - Opimax özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, tərəflər birgə biznes layihələrinin tətbiqi və reallaşdırılması məqsədilə dialoqu davam etdirməyə dair razılığa gəliblər.
Həmçinin, Opimax azərbaycanlı tərəfdaşlara Dövlət Geologiya Yerin təki Xidmətinin rətrib etdiyi xəritəyə diqqət yetirməyi təklif edib.
SOCAR AQŞ bütöv şəkildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR, Nobel Oil Services və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Nobel Oil Services SOCAR AQŞ-nin əsas səhmdarıdır.
SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. **
N.Abbasova