“Xalq Bank” 2021-ci ilin yanvar-iyun aylarında aktivlərini 5,6% – 2 milyard 222,172 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2021-ci il tarixinə bankın kredit portfeli 1 milyard 405,348 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,7%) bərabərdir.
Bankın öhdəlikləri 1 milyard 785,357 milyon manat (azalma 6,8%), depozit portfeli 1 milyard 444,936 milyon manat (azalma 9,2%) təşkil edib.
30 iyun 2021-ci il tarixinə "Xalq Bank"ın kapitalı 436,815 milyon manata (dəyişməyib), nizamnamə kapitalı 364 milyon 772,544 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 5 milyon 819,48 min manat (azalma 3 dəfə) təşkil edib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.**
X.Nəsirzadə