Bazar ertəsi ABŞ-ın Oklaxoma ştatının qubernatoru Kevin Stitt Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və genişləndirilməsi məqsədilə Bakıya səfərə gəlib.
“Azərbaycan prezidenti İlham Əliyevin dəvətini qəbul etmək mənim üçün şərəfdir. Və mən birgə işi necə davam edəcəyimizlə bağlı onun administrasiyası ilə səmərəli görüşlərə ümid edirəm. Oklaxoma və Azərbaycan enerji, kənd təsərrüfatı və innovasiyalara böyük diqqət ayırırlar”, - Azərbaycanda bir həftəlik səfərdə olacaq Stitt bəyan edib. Bu barədə “İnerfaks-Azərbaycan” ştatın qubernatorunun rəsmi saytına istinadən məlumat verir.
Oklaxoma ştatı ilə Azərbaycan arasında əlaqələr 2002-ci ildə qurulub.
Məlumata görə, ştatın kənd təsrrüfatı naziri Bleyn Artur və Oklaxomanın general-adyutantı Maykl Tompson artıq Bakıdadırlar. Ştatın ticarət və iqtisadi inkişaf naziri Skott Müller bu həftə Bakıya gələcək.
Səfər çərçivəsində Oklaxoma Dövlət Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. **
E.Şəfiyev