Azərbaycan prezidenti İlham Əliyev çərşınbə axşamı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüş zamanı tərəflər iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını qeyd ediblər.
Həmçinin, Əliyev və Şentop Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünü müzakirə ediblər. Üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.
Bundan başqa, görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.
Şentop görüşdə vurğulayıb ki, Tükiyənin nümayəndə heyəti Şuşaya səfər etməyi planlaşdırır. **
X.Nəsirzadə