Gürcüstan 2021-ci ilin yanvar-iyun aylarında 5 milyard 530,4 milyon kVt-saat elektrik enerjisi idxal edib, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 2,6% azdır. Bu barədə “Gürcüstanın elektrik enerjisi sistemi kommersiya operatoru” (ESCO) SC-dən məlumat verilib.
Cari ilin 6 ayı ərzində elektrik enerjisi idxalı 2,2 dəfə - 1 milyard 706,1 milyon kVt-saatadək artıb. Azərbaycandan 505 milyon kVt-saat elektrik enerjisi idxal olunub (аrtım 21,4%).
Yanvar-iyun aylarında Gürcüstandan elektrik enerjisi ixracı 2,5 dəfə - 339,6 milyon kVt-saatadək artıb. Bunun 206,8 milyon kVt-saatı Türkiyəyə (artım 3,4 dəfə), 108,2 milyon kVt-saatı – Ermənistana (artım 1,8 dəfə), 24,6 milyon kVt-saatı – Azərbaycana (artım 1,9 dəfə) ixrac olunub.
Ölkə ərazisində keçməklə yalnız Azərbaycandan Türkiyəyə həyata keçirilən elektrik enerjisinin tranziti 48,2 milyon kVt-saat təşkil edib (2020-ci ilin birinci yarısı ilə müqayisədə azalma 41,4%). **