Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $68,2 milyon satıb.
İyulun 22-də keçirilən hərracda banklara $72,6 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $68,2 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.**
R.Əhmədov