Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları $52 min məbləğində pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Bakı-İstanbul aviareysi ilə gedən xarici ölkə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb”, - Komitədən qeyd ediblər.
Təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.
“Yoxlama zamanı vətəndaşın əl çantasından və çamadanından, ümumilikdə 52 min ABŞ dolları aşkar edilib”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, DGK-dən bildiriblər. **
N.Abbasova